DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Naxçıvanda hücum təyyarələri təlim uçuşları keçirib (FOTO) (VIDEO)

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib.

MN-dən Dailykarabakh-a verilən məlumata görə, SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib.

Təyyarələr Naxçıvan səmasında uğurlu uçuşlar həyata keçirib.

Modernizə edilmiş SU-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib.

SU-25 hücum təyyarəsi döyüşdə sağqalma və yüksəkmüdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib.

Modernizə edilmiş SU-25 hücum təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, “Hava-yer” idarəolunmayan, “Hava-hava” idarəolunan raketlər daxildir.

Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər.

"Təlim uçuşlarının müvəffəqiyyətlə aparılması bir daha göstərdi ki, Əlahiddə Ümumqoşun Ordunun digər birləşmə, hissə və bölmələri kimi aviasiya eskadrilyası da istənilən döyüş tapşırığını uğurla və qətiyyətlə yerinə yetirməyə hazırdır", - deyə məlumatda bildirilir.

Uçuşları uğurla başa vuran heyətlərə Komandanlıq tərəfindən təşəkkür elan edilib.

Naxçıvanda hücum təyyarələri təlim uçuşları keçirib (FOTO) (VIDEO) Naxçıvanda hücum təyyarələri təlim uçuşları keçirib (FOTO) (VIDEO)
XƏBƏRİ PAYLAŞ