DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

MN: Monitorinq zamanı Azərbaycan tərəfinin atəşkəsi pozması barədə məlumat dezinformasiyadır

Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib.

Nazirliyin mətbuat xidmətindən Dailykarabakh-a bildirilib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat yalan və dezinformasiyadır: “Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri də atəşkəs rejiminin pozulması faktını qeydə almayıblar”.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib.

MN-dən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.

XƏBƏRİ PAYLAŞ