DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Elmar Məmmədyarov: "Nalbandyanla hansı məsələləri müzakirə edəcəyimiz hamıya bəllidir"

"Ermənistan xarici işlər naziri ilə görüş razılaşdırılıb, amma tarix hələlik dəqiqləşdirilməyib".

Dailykarabakh-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli və gürcüstanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüşdə hansı məsələlərin müzakirə edəcəyi hamıya bəllidir.

"Yeganə lazım olan odur ki, siyasi qərar olsun. Bu qərar əsasında isə Ermənistan silahlı qoşunları geri çəkilməlidir", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü BMT Baş Assambleyasının bu ay Nyu-Yorkda keçiriləcək iclası çərçivəsində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ