DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ermənistan işğal altında olan Azərbaycan ərazilərində növbəti hərbi təlimlərə başlayıb

Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıb.

Dailykarabakh-ın APA-ya istinadən verdiyi məlumata görə, Bağmanlar adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur.

Ağır artilleriyadan açılan atəş səsləri Ağdamın işğal altında kəndlərində, ətraf Ağcabədi və Bərdə rayonlarında aydın eşidilir.

XƏBƏRİ PAYLAŞ