DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Manuel Qonsales Sans: "Biz beynəlxalq hüquqa inanırıq "

Kosta-Rika regionun qabaqcıl ölkəsi olan Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Dailykarabakh-in məlumatına görə, bunu Kosta-Rikanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə əsasən, Kosta-Rika azəraycanlı biznesmenlər üçün açıqdır və ölkə sərmayə qoymaq üçün əlverişli şərait yaratmağa hazırdır: "Azərbaycan regionda Kosta-Rikanın tərəfdaşıdır və ölkə əməkdaşlığın daha da inkişaf etməsi üçün hər cür səy göstərəcək".

Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyə gəlincə, Kosta-Rika XİN rəhbəri qeyd edib ki, bütün münaqişələr sülh yolu ilə həll edilməlidir: "Biz beynəlxalq hüquqa inanırıq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq ictimaiyyətin səylərini, eləcə də BMT TŞ-nin münaqişə üzrə qəbul etdiyi bütün qətnamələri dəstəkləyirik".

XƏBƏRİ PAYLAŞ