DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ukraynanın xarici işlər naziri: "Azərbaycanın ərazisi işğal olunub"

"Əsl dostluq mühitinə qayıtmaq xoşdur. İnsanlararası təmaslar münasibətimizi möhkəmləndirir. Hər ölkənin vətəndaşları qarşılıqlı olaraq səfərlər etmək istəyirlər".

Dailykarabakh-ın məlumatına görə, bunu Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq olacağını vurğulayıb: "Biz azərbaycanlı dostlarımızı hamıdan daha yaxşı başa düşürük. Çünki bu işğaldır".

XƏBƏRİ PAYLAŞ