DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

XİN CNN-in əməkdaşını "qara siyahı"ya salıb Böyüt

CNN telekanalının şou aparıcısı, baş aşbaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bu barədə Dailykarabakha Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

H. Hacıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, eləcə də qanunlarını pozduğu üçün E. Burdenin "qara siyahı"ya salınmasına qərar verilib.

Xatırladaq ki, CNN-in əməkdaşı oktyabr ayında “Entoni Burden: bilinməyən yerlər” teleşousu üçün işğal altındakı Şuşaya səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində xəbər verib.

XƏBƏRİ PAYLAŞ