DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Lavrov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində aktiv işləyirlər

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində aktiv işləyirlər.

Dailykarabakh-ın yerli KİV-lərə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə deyib.

O qeyd edib ki, münaqişələrin həllində birgə iş çox vacibdir.

T.Qreminger isə öz növbəsində bildirib ki, ATƏT kimi beynəlxalq inklüziv təşkilat böhranların münaqişələrə çevrilməsinin qarşısını ala və transmilli problemlərin həllinə kömək edə bilər: “İndi bu, həmişə olduğundan daha çox vacibdir. Ona görə də mən ATƏT mandatı çərçivəsində təhlükəsizlik üzrə dialoqu bərpa etməyi və Avrasiya məkanında işi davam etdirməyi missiyam olaraq müəyyən etdim”.

XƏBƏRİ PAYLAŞ