DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Lavrov: Rusiya-ABŞ münasibətlərindəki çətinliklər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə əməkdaşlığa təsir etmir

Rusiya ilə ABŞ arasındakı münasibətlərdə bəzi məzələlərdə çətinliklərin olması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində əməkdaşlığa təsir göstərmir.

Dailykarabakh-ın məlumatına görə, bunu Bakıda ADA Universitetində çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, Rusiya, ABŞ və Fransa bu məsələdə ümumi mövqeyə sahibdirlər.

S.Lavrov ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında Cenevrə görüşü münaqişənin həlli prosesinə müsbət təsir göstərəcək.

XƏBƏRİ PAYLAŞ