DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Elmar Məmmədyarov: Münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir

"Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanln rolu müzakirə olundu. Danışıqların son nəticələri barədə məlumat verdim".

Dailykarabakh-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Moskvada intensiv və konkret mövzular ətrafında müzakirələr aparılıb.

"Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var. Həmsədrlər də dəfələrlə qeyd ediblər ki, münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir. Status kvo qəbuledilməzdir və qeyri-sabitdir", - deyə E. Məmmədyarov qeyd edib. /APA/

XƏBƏRİ PAYLAŞ