DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Yens Stoltenberq: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.

Dailykarabakh-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Baş katib deyib: "Bu gün biz Cənubi Qafqazda regional təhlükəsizlik məsəsləsini müzakirə etdik. Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğurur. Aydındır ki, bu münaqişəsinin hərbi yolla həlli yoxdur".

Y.Stoltenberq əlavə edib ki, NATO-nun bu məsələnin həllində birbaşa rolu yoxdur.

Baş katib daha sonra qeyd edib ki, NATO ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir: "Sizin Ermənistan prezidenti ilə dialoqunuzun bərpa olunmasını eşitməkdən məmnunam. Biz sizi sülh danışıqlarını davam etdirməyə çağırırıq".

XƏBƏRİ PAYLAŞ