DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

ABŞ dövlət katibi: "Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməliyik"

"ABŞ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etməliyik".

APA-nın məlumatına görə, bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı ABŞ dövlət katibi Reks Tillerson deyib.

R. Tillerson bildirib ki, ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda keçirdikləri görüşdə danışıqları intensivləşdirmək qərarına gəlmələrini və münaqişə zonası boyunca gərginliyi azaltmaq səylərinə sadiqliklərini alqışlayır: "İrəliləyişi yalnız siyasi iradə olduqda əldə etmək mümkündür".

XƏBƏRİ PAYLAŞ