DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ərdoğan: Xocalı qətliamını unutmadıq və əsla unutdurmayacağıq

Xocalı qətliamı dünyanın ən qanlı faciəsidir. Dailykarabakh-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan qeyd edib: "Türkiyə olaraq bu qanlı faciəni unutmadıq və əsla unutdurmayacağıq".

Dövlət başçısı vurğulayıb ki, bu qanlı faciəni törədənlər mütləq cavab verməlidirlər.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

XƏBƏRİ PAYLAŞ