DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Qarabağ ukraynalı gənclərin gözü ilə

Lvov şəhərində "Qarabağ ukraynalı gənclərin gözü ilə" devizi altında tədbir keçirilib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) hər il olduğu kimi bu ildə Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində tədbirləri davam etdirir.

Xocalı Soyqırımının 26-ci il dönümü ərərfində UAGB-nin təşkilatçılğı ilə Ukraynın Lvov şəhərində "Qarabağ ukraynalı gənclərin gözü ilə" devizi altında tədbir təşkil edilib. Tədbirin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə ukraynalı gənclər vasitəsi ilə çatdırılması olub.

Tədbirdə çıxış edən UAGB-nin Lvov vilayəti üzrə Sədri Səhriyar Məhərrəmov, Lvov Vilayəti Dövlət Administrasiyasının az saylı xalqlar üzrə idarəsinin rəisi Lesya Kornak, Ukraynanın əməkdar həkimi Cəvahir Cəfərova və digərləri qeyd edibrlər ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş bir cinayətdir. Belə bir cinayət cəzasız qala bilməz və tez bir zamanda Ukrayna ictimaiyyəti, dünya ictimaiyyəti bu məsələyə hüquqi qiymət verməlidirlər.

Qeyd edək ki, "Qarabağ ukraynalı gənclərin gözü ilə" devizi altında keçirilən tədbir çərçivəsində həmçinin ukraynalı gənclərin məqalələrindən ibarət kitab çap olunmuş və tədbir zamanı Ukrayna İctimaiyyətinə təqdim edilib. Hazırlanmış kitablar həmçinin Ukraynanın nüfuzlu kitabxanalarına da paylanılıb.

"Qarabağ ukraynalı gənclərin gözü ilə" layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilmişdir.

Qarabağ ukraynalı gənclərin gözü ilə Qarabağ ukraynalı gənclərin gözü ilə Qarabağ ukraynalı gənclərin gözü ilə
XƏBƏRİ PAYLAŞ