DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ceyms Uorlik: Qaçqınlara və məcburi köçkünlərə öz evlərinə qayıtmaq imkanı verilməlidir

Qaçqınların problemlərinə məhəl qoyulmazsa, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq mümkün deyil. Dailykarabakh-ın "News.am"a istinadən verdiyi məlumata görə, bunu ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Yerevanda deyib.

Onun sözlərinə görə, problem həmişə açıq müzakirə olunmur, lakin bütün görüşlərdə ona lazımı diqqət ayrılır: "Regionda yüz minlərlə qaçqın var. Onlara qulaq asmaq lazımdır".

C. Uorlik əlavə edib ki, qaçqınlara və ölkə daxilində yerini dəyişən şəxslərə öz evlərinə qayıtmaq imkanı verilməlidir.

O diqqətə çatdırıb ki, Azərbaycana qarşıdakı səfər zamanı Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri ilə görüşəcək.

Minsk qrupunun həmsədrləri oktyabrın 28-də Azərbaycan səfər edəcəklər.

XƏBƏRİ PAYLAŞ