DAILYKARABAKH
Hər şey ədalət üçün!

Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində kilsələrin sayını artırıb

"Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi məbləği 177 milyard dollardır. Bunun da 88 326 370 000 dolları dövlət qeydiyyatında olan, 46 066 086 000 dolları isə dövlət qeydiyyatında olmayan daşınmaz tarix və mədəniyyət abidələrinə aiddir".

Dailykarabakh xəbər verir ki, bunu Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının rəhbəri Faiq İsmayılov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, işğaldan sonra Dağlıq Qarabağda və ətraf 7 rayonun ərazilərində kilsə tikintisinə başlanılıb: "Azərbaycan ərazilərində erməni kilsələri inzibati yaşayış mərkəzlərində deyil, əsasən yaşayış yerlərindən uzaq, yol kənarlarında dağ yamaclarında tikilir. Bu kilsələr insanların ibadəti üçün deyil, gələcəkdə bu ərazilərin ermənilərə məxsusluğunu sübut etmək üçün tikilib. Eyni zamanda, işğal altındakı ərazilərdə 175 alban dövrü abidəsinə kilsə statusu verən Ermənistan Dağlıq Qarabağda və ətraf 7 rayonların ərazilərində kilsələrin sayını 190-a çatdırdılar. Bu, faktiki olaraq indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından 20 dəfə çoxdur".

O, həmçinin qeyd edib ki, Ermənistanın hüquqa zidd əməlləri nəticəsində işğal altındakı Azərbaycan ərazilərində qalan abidələrin məhv edilməsi beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalı və hüquqi qiymətini almalıdır. /Report/

XƏBƏRİ PAYLAŞ