DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Dağlıq Qarabağın Azərbaycan icması: Məcbrui köçkünlər Minsk qrupunun fəaliyyətindən narazıdırlar

Məcburi köçkünlər ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazadır. Dailykarabakh-ın məlumatına görə, bunu Xocalı şəhərinin sabiq icra başçısı, deputat Elman Məmmədov Minsk qrupunun həmsədrləri ilə görüşdə deyib.

O bildirib: "Biz narahatıq, çünki 20 ildən artıq müddətdir torpaqlarımız işğal altındadır və öz evimizə qayıda bilmirik".

E. Məmmədovun sözlərinə görə, Minsk qrupunun fəaliyyətinin nəticələri üzrə işğal edilmiş bir santimetr torpaq da qaytarılmayıb: "Fəaliyyətiniz səmərəsiz olub. Mən fəaliyyətinizin nəticələrinə inanmıram. Səbəb təmsil etdiyiniz dövlətlərin Cənubi Qafqazda maraqlarının olmasıdır və bu maraqlar toqquşur. ABŞ və Rusiya arasında mövcud münasibətlər hamıya məlumdur və buna görə də ortaq məxrəcə heç vaxt gəlməyəcəksiniz".

Deputat həmsədləri təcavüzkar və qurban arasında fərq qoymağa çağırıb.

XƏBƏRİ PAYLAŞ